...

Azərbaycan və Koreya müdafiə sahəsində əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparır - səfir

Siyasət Materials 18 Oktyabr 2012 18:39 (UTC +04:00)
Koreya və Azərbaycan arasında siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlıq yüksək səviyyədə davam edir.
Azərbaycan və Koreya müdafiə sahəsində əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparır - səfir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Koreya və Azərbaycan arasında siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlıq yüksək səviyyədə davam edir. Trend-in məlumatına görə, bu barədə Koreyanın Azərbaycana yeni təyin olunmuş səfiri Çoi Suk İn jurnalistlərlə keçirdiyi görüşdə bildirib.

Səfir hər iki ölkənin rəsmilərinin qarşılıqlı səfərlərini qeyd edərək bildirib ki, iki ölkənin müvafiq qrumları əməkdaşlığın genişləndirilməsi istiqamətində mütəmadi müzakirələr aparırlar.

Hazırda iki ölkə arasında 40-a qədər sənədin imzalandığını deyən səfir, bu sənədlərin iki ölkə arasında geniş əməkdaşlığa yol açdığını vurğulayıb.

O, həmçinin qeyd edib ki, iki ölkə müdafiə sahəsində əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparır. O bildirib ki, bu yaxınlarda Azərbaycanın Koreyadakı səfirliyində hərbi attaşe təyin olunub və gələcəkdə Koreyanın Azərbaycandakı səfirliyinə də hərbi attaşenin təyin olunması bu sahədə əməkdaşlığın yaradılmasına təkan verəcək.

İqtisadi əlaqələrdən danışan səfir bildirib ki, hazırda iki ölkə arasında ticarət dövriyəsi 650 milyon dollara çatıb. Onun sözlərinə görə, Koreya Azərbaycana, əsasən, avtomobil və plastik və elektron məhsullar ixrac edir, Azərbaycan isə Koreyaya neft, alüminium və mis məhsulları ixrac edir.

Səfir bildirib ki, Koreya şirkətləri də Azərbaycan ilə səmərəli əməkdaşlıq edir. 2008-ci ildən etibarən onlar Azərbaycana 150 milyon dollar investisiya qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti