...

Azərbaycanda istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700-ə çatdırılıb

Siyasət Materials 29 Oktyabr 2012 15:27 (UTC +04:00)
Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.
Azərbaycanda istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700-ə çatdırılıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2012-ci ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya iclasları keçirilib.

Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Bildirilib ki, hesabat dövründə tabeli müəssisələrdə 2012-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eləcə də mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.

2012-ci ilin doqquz ayında nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 74 faizini müdafiə və xüsusi təyinatlı, 26 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700-ə çatdırılıb.

Müdafiə təyinatlı məmulatların yaradılması üzrə 22 mərhələ yerinə yetirilib, o cümlədən, 9 mövzu tam başa çatdırılıb, digər mərhələlər üzrə işlər davam etdirilir.

Kollegiyada sahə üzrə qazanılmış uğurların beynəlxalq sərgilərdə nümayişi istiqamətində işlərin davam etdirildiyi bildirilib.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti