...

İlham Əliyev Rumıniyanın keçmiş Baş nazirini qəbul edib

Siyasət Materials 29 Oktyabr 2012 19:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Rumıniyanın keçmiş Baş naziri, Mərkəz-Sağ Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri Mihay Razvan Unqureanunu qəbul edib.
İlham Əliyev Rumıniyanın keçmiş Baş nazirini qəbul edib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Rumıniyanın keçmiş Baş naziri, Mərkəz-Sağ Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri Mihay Razvan Unqureanunu qəbul edib.

Görüşdə Azərbaycan ilə Rumıniyanın əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə edildi, ölkələrimiz arasında bir neçə il bundan əvvəl imzalanmış strateji tərəfdaşlıq haqqında sazişin önəmi qeyd olundu.

Regional əməkdaşlığın genişləndirilməsində Azərbaycan-Rumıniya ikitərəfli əlaqələrinin rolunun xüsusi vurğulandığı görüşdə münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün böyük imkanların olduğu bildirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti