Azərbaycan, Bakı, 5 noyabr /Trend/
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bolqarıstanın regionların inkişafı və abadlıq naziri xanım Lilyana Pavlova Nikolova ilə görüşüb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı nazir FHN-in fəaliyyəti, fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Bundan başqa, Heydərov ölkədə təbii fəlakətlər nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədilə həyata keçirilən tikinti-quruculuq işləri, həmçinin, tikintidə təhlükəsizliyin təmin olunması sahəsində görülən tədbirlər barədə ətraflı məlumat verib.
Qonaq, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd edərək, bu sahədə birgə səylərin gücləndirilməsinin əhəmiyyətindən danışıb.