...

NATO və ABŞ ekspertləri ilə Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü keçirilir

Siyasət Materials 6 Noyabr 2012 15:43 (UTC +04:00)
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO/ABŞ ekspertləri ilə Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü keçirilir.
NATO və ABŞ ekspertləri ilə Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü keçirilir

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO/ABŞ ekspertləri ilə Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü keçirilir. Bu barədə Trend-ə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir müddətində "Müdafiə strategiyası və planlaşdırılması", "NATO-nun əməliyyat proseduraları və hərbi uzlaşma", "İnformasiya müharibəsi", "NATO-nun komanda və nəzarət prosedurları", "Milli təhlükəsizlik üzrə qərarın qəbul edilməsi", "Strateji əməliyyatlar", "İnformasiya texnologiyaların istifadəsi", "Geosiyasət və beynəlxalq münasibətlər", "Hərbi iqtisadiyyat", "Milli təhlükəsizlik strategiyası və siyasətin inkişafı" mövzuları ətrafında müzakirələr aparılır.

Məlumata görə, bu gün həmçinin Müdafiə Nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq Proqramına əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu keçirilir.

Kurs müddətində NATO-nun mobil təlim qrupu tərəfindən iştirakçılara "NATO-nun əməliyyat planlaşdırma prosesi", "Əməliyyatın planlaşdırma mərhələləri və planlaşdırma qrupları", "Planlaşdırma sənədləri", "Strateji sənədlər", "Əməliyyatın inkişaf konsepsiyası və ssenarisi", "Əməliyyatın son nəticəsinin, strateji məqsədlərin, məhdudiyyət və məcburiyyətlərin müəyyən edilməsi" və s. mövzular barədə brifinqlər verilir və sinif təlimləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti