...

Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsində və strukturunda dəyişikliklər edilib

Siyasət Materials 13 Noyabr 2012 20:27 (UTC +04:00)
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsində və strukturunda dəyişikliklər edilib

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, əsasnaməyə aşağıdakı məzmunda bənd əlavə olunsun:

"Nazirliyin tabeliyində olan müalicə, profilaktika və sanatoriya-kurort müəssisələri tərəfindən yerinə yetirilən xidmətlərə ("Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə uyğun olaraq, pulsuz tibb xidməti almaq hüququ olan, habelə sanatoriya-kurort müəssisələrində imtiyazlı istirahət hüququ olan şəxslərə göstərilən xidmətlər istisna olmaqla) ödənişlərin tətbiq edilməsinə razılıq vermək".

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısının digər fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin strukturunda da dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti