...

İlham Əliyev bir sıra Fərman imzalayıb

Siyasət Materials 13 Noyabr 2012 22:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında siyasi partiyaların və siyasi məqsədlər güdən kütləvi ictimai hərəkatların təşkilat strukturlarının fəaliyyətinə xitam verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 24 avqust tarixli 320 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
İlham Əliyev bir sıra Fərman imzalayıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında siyasi partiyaların və siyasi məqsədlər güdən kütləvi ictimai hərəkatların təşkilat strukturlarının fəaliyyətinə xitam verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 24 avqust tarixli 320 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

Fərmanda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıb:

"Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında siyasi partiyaların və siyasi məqsədlər güdən kütləvi ictimai hərəkatların təşkilat strukturlarının fəaliyyətinə xitam verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 24 avqust tarixli 320 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 15-16, maddə 291) ləğv edilsin.

Prezident həmçinin Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Fərmanda dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"ni "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıb:

"Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 406) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin 24-cü bəndindən "siyasi partiyaların," sözləri çıxarılsın, həmin bənddə "bilməz" sözündən əvvəl ", siyasi partiyaların təşkilatları yerləşdirilə" sözləri əlavə edilsin".

Bundan başqa Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Fərmanda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə"ni "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıb:

"Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 499) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin 24-cü bəndindən "siyasi partiyaların," sözləri çıxarılsın, həmin bənddə "bilməz" sözündən əvvəl ", siyasi partiyaların təşkilatları yerləşdirilə" sözləri əlavə edilsin".

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə də Fərman imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"ni "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 98; 2009, № 2, maddə 59; 2010, № 11, maddə 968) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin 33-cü bəndindən "siyasi partiyaların," sözləri çıxarılsın, həmin bənddə "bilməz" sözündən əvvəl ", siyasi partiyaların təşkilatları yerləşdirilə" sözləri əlavə edilsin.

Xəbər lenti

Xəbər lenti