...

Noyabrın sonunda Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin görüşü gözlənilir

Siyasət Materials 19 Noyabr 2012 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir A.Tağıyeva /

Noyabrın üçüncü ongünlüyündə Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin növbəti görüşünün keçiriləcəyi gözlənilir. Bu barədə bazar ertəsi Trend-ə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Trend-ə görüşün Türkiyədə keçirləcəyi bildirilib.

Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin sonuncu üçtərəfli görüşü martda Naxçıvanda keçirilib. Görüş yekun sənədin-bəyannamənin imzalanması ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti