...

Azərbaycanın hakim partiyası prezidentliyə namizədini seçki qanunvericiliyinə uyğun şəkildə elan edəcək

Siyasət Materials 20 Noyabr 2012 11:22 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizədini seçki qanunvericiliyinə uyğun şəkildə elan edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclisin vitse-spikeri, YAP icra katibinin müavini Bahar Muradova deyib.
Azərbaycanın hakim partiyası prezidentliyə namizədini seçki qanunvericiliyinə uyğun şəkildə elan edəcək

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizədini seçki qanunvericiliyinə uyğun şəkildə elan edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclisin vitse-spikeri, YAP icra katibinin müavini Bahar Muradova deyib.

"Müxalifətin narahatlığı bizi narahat etmir. Biz öz namizədimizi seçki qanunvericiliyinə uyğun şəkildə, zamanı gələndə elan edəcəyik. Ona görə də onların bunu necə dəyərləndirməsinin əhəmiyyəti yoxdur", - Muradova YAP-ın 20 illiyi ilə bağlı keçirilən tədbirdə hakim partiyanın prezidentliyə namizədliyinin elan edilməməsi ilə bağlı sualı şərh edərkən deyib.

Onun sözlərinə görə, birmənalı olaraq, YAP-ın namizədi Prezident İlham Əliyev olacaq.

"YAP-ın bütün üzvləri, bu partiyanı dəstəkləyən bütün vətəndaşlar, İlham Əliyevin siyasətini dəstəkləyən və ona dayaq duran bütün Azərbaycan vətəndaşları növbəti 5 ildə İlham Əliyevi prezident kimi görmək istəyir", - Muradova deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti