...

İran Prezidenti Ofisinin rəhbəri prezident seçkilərində namizədliyi ilə bağl yayılan məlumatlara münasibət bildirib

Siyasət Materials 21 Noyabr 2012 13:26 (UTC +04:00)
İran Prezidenti Ofisinin rəhbəri İsfəndiyar Rəhim Məşayi 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
İran Prezidenti Ofisinin rəhbəri prezident seçkilərində namizədliyi ilə bağl yayılan məlumatlara münasibət bildirib

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Ofisinin rəhbəri İsfəndiyar Rəhim Məşayi 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"İndiyədək bu barədə mənim özümdən nəsə eşitmisinizmi? Özümün və başqalarının seçkilərə qatılacağı ilə bağlı heç nə deməmişəm", - Məşayi deyib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.

Bundan öncə İran KİV-i məlumat yaymışdılar ki, Məşayi Tehranda yaşayan mazandaranlılarla görüşündə 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini deyib və bildirib ki, heç kəs seçkilərdə iştirakına mane ola bilməz.

"Gələn 6 ay ərzində dövlət yalnız hücum edəcək və heç kimsədən də çəkinmirik. 7 ildir davamlı olaraq çalışırıq və prezident seçkilərindən sonrakı dövlətin idarəetməsini belə rahatlıqla digərlərinin ixtiyarına buraxa bilmərik", - Məşayi demişdi.

İsfəndiyar Rəhim Məşayi Əhmədinejadın qudasıdır. Məşayi Əhmədinejadla əməkdaşlığını başladığı gündən indiyədək bəzi qalmaqallı çıxışları və hərəkətlərinə görə İranın mühafizəkarları və dini alimləri tərəfindən tənqidləri ilə üzləşib. Məşayinin musiqini haram bilən şəxsləri tənqid etməsi, İran və İsrail xalqlarının dost ola biləcəyi haqqında çıxışı ən qalmaqallı çıxışlarıdır.

İran Prezidenti Mahmud Əhmədinejad 2009-cu ildə prezident seçkilərindən sonra Məşayini vitse-prezident təyin etdi, lakin ölkənin ali rəhbəri, ayətullah Əli Xamneyinin hökmü ilə o, vəzifədən uzaqlaşdırıldı. Bundan sonra Əhmədinejad Məşayini Prezident Administirasiyasının rəhbəri təyin etdi. Lakin daha sonra 2011-ci ildə Əhmədinejadın sərəncamı ilə Məşayi tutduğu vəzifədən uzaqlaşdırıldı və Prezident Ofisinin rəhbəri vəzifəsinə təyin olundu.

İranda prezident seçkiləri 2013-cü ilin iyun ayında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti