Azərbaycanda Nazirlər Kabinetinin adı ilə dələduzluqla məşğul olan mütəşəkkil dəstə ifşa olunub

Azərbaycanda Nazirlər Kabinetinin adı ilə dələduzluqla məşğul olan mütəşəkkil dəstə ifşa olunub

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir M.Əliyev/

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək məqsədilə dələduzluqla məşğul olan mütəşəkkil dəstə ifşa olunub.

MTN-in İctimai Əlaqələr Mərkəzindən Trend-ə bildiriblər ki, Azərbaycan vətəndaşları - Cəfərov İlham Nuhu oğlu və Məmmədov Əhliman Məhəmməd oğlu Azərbaycan Respublikasının digər vətəndaşları - Bayramov Eyvaz İbrahim oğlu, Əsədov Natiq Məhər oğlu, Cabbarov Talıb Yusif oğlu, Məmmədov Samir Yusif oğlundan və qeyrilərindən ibarət mütəşəkkil dəstə yaradaraq ona rəhbərlik etmiş və dəstə üzvləri arasında vəzifə bölgüsü aparmışlar. Müəyyən edilib ki, mütəşəkkil dəstənin üzvləri Azərbaycanda güzəştli kreditlərin alınması, həmçinin ayrı-ayrı vəzifələrə təyin olunmaları adı ilə müxtəlif fiziki şəxslərə yalan vədlər verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə onların külli miqdarda əmlaklarını ələ keçirib, həmin şəxslərə külli miqdarda ziyan vurublar.

Məlum olub ki, İlham Cəfərov və Əhliman Məmmədov birlikdə cinayət əməllərini həyata keçirmək məqsədilə 2011-ci ilin oktyabr ayında kəndli və fermer təsərrüfatının inkişafı məqsədilə uzunmüddətli güzəştli kreditlər vermək adı ilə "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İqtisadi İnkişaf Birliyi" adlı saxta təşkilat yaradıblar. Əvvəlcədən hazırladıqları saxta sənədlərdə İlham Cəfərov özünü "Hacıyev A.Ş." adı ilə "Nazirlər Kabinetinin İcra Aparatının rəhbəri" kimi qələmə verib və mütəşəkkil dəstənin digər rəhbəri Əhliman Məmmədov vasitəsilə müxtəlif fiziki şəxslərə təqdim olunub, bu sahədə müəyyən təbliğat işləri də aparıb. Bu yolla İlham Cəfərov və Əhliman Məmmədov həmin şəxslərə yalan vədlər verərək, onların etibarlarından sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlaklarını ələ keçirməklə öz aralarında bölüblər.

Bir müddətdən sonra İlham Cəfərov və Əhliman Məmmədov əmlaklarını aldatma yolu ilə mənimsədikləri vətəndaşların narazılıq etdiklərini görüb onları inandırmaq məqsədilə əlavə daha bir saxta qurum - "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kreditləşmə Mərkəzi Fondu"nu yaradıblar. Bu dəfə dəstə üzvləri, o cümlədən İlham Cəfərov özünü "Abbasov Nəriman Zülfüqar oğlu" adı ilə həmin saxta fondun prezidenti, Əhliman Məmmədov özünü vitse-prezidenti, Eyvaz Bayramov isə özünü eksperti kimi təqdim ediblər.

Əhliman Məmmədov və İlham Cəfərov qeyri-qanuni təsisatlarının fəaliyyətini genişləndirmək məqsədilə həmin uydurma "Kreditləşmə Mərkəzi Fondu"nun Bakı şəhəri və respublikanın 9 regionu üzrə saxta şöbələrini yaradıblar. Sonra Əhliman Məmmədov və İlham Cəfərov 2012-ci ilin mart ayında Natiq Əsədovu, Talıb Cabbarovu və Samir Məmmədovu saxta "Kreditləşmə Mərkəzi Fondu"nun fəaliyyəti barədə təlimatlandırıb və guya Talıb Cabbarovu həmin qanunsuz təsisatın mütəxəssisi, Natiq Əsədovu Beyləqan regional şöbəsinin rəisi, Samir Məmmədovu isə sürücü vəzifələrinə təyin ediblər.

2012-ci ilin mart ayından sentyabr ayının sonunadək olan müddət ərzində mütəşəkkil dəstənin üzvləri dövlət və qeyri-dövlət, beynəlxalq kredit təşkilatlarının rəhbərlərinin iştirakı ilə toplantıların keçirilməsi barədə, eləcə də yaratdıqları saxta qurumların adından sərəncamlar, təlimatlar, qərarlar, xüsusi əmrlər və ştat cədvəlləri hazırlamış, onları Bakı şəhərində fəaliyyət göstərən çap və tərcümə mərkəzlərində sənəd formasında nəşr etdirmişlər. Dəstə üzvləri həmin saxta sənədlərin üzərlərinə elektron möhür və ştamplar vuraraq, onları imzalayıb döş nişanları ilə bilikdə təqdim etməklə vətəndaşları mövcud olmayan vəzifələrə, o cümlədən Əliyev İbrahim Hümbət oğlunu və Piriyev Natiq Allahverdi oğlunu ayrı-ayrı vaxtlarda qeyri-qanuni "Kreditləşmə Mərkəzi Fondu"nun Bərdə regional şöbəsinin rəisi, Abdulhəmidov Murad Əvəz oğlunu Beyləqan regional şöbəsinin rəisi, Bəşirov Babaverdi Ovçu oğlunu Xaçmaz regional şöbəsinin rəisi, Hüseynov Ədalət Qiyas oğlunu isə Şəki regional şöbəsinin rəisi vəzifələrinə təyin edib və onların külli miqdarda əmlaklarını təkrarən dələduzluq yolu ilə ələ keçirib aralarında bölüblər.

Bundan sonra, İlham Cəfərov və Əhliman Məmmədovun tapşırığı ilə dəstə üzvləri Talıb Cabbarov, Natiq Əsədov və Samir Məmmədov Şəki, Beyləqan, Bərdə, Şamaxı, Quba və Xaçmaz rayonunun ərazisində malik olduqları torpaq sahələrində kəndli və fermer təsərrüfatını inkişaf etdirmək istəyən Cəlilabad rayon sakinləri Mehtiyev İsrail Əjdər oğlu və Yəhyayev Ramiz Musa oğlunun, Bərdə rayon sakini Fətəliyev Murad Cəmil oğlunun, Beyləqan rayon sakini Əmraslanov Əvəz Fərman oğlunun, İmişli rayon sakinləri Zaidov Rahim Yadulla oğlu və Tağıyev Hasil Feruz oğlunun, eləcə də Ağsu rayon sakini Hacıyev Alov Ağahəsən oğlunun etibarlarından sui-istifadə etmə və aldatma yolu ilə onlara guya uzun müddətli güzəştli kredit verəcəklərini yalandan vəd edərək, təkrarən dələduzluq etməklə onların hər birinin müəyyən məbləğdə pullarını ələ keçirərək mənimsəyiblər.

İlham Cəfərov və Əhliman Məmmədovun tapşırığı ilə dəstə üzvləri Talıb Cabbarov, Natiq Əsədov və Samir Məmmədov saxta "Kreditləşmə Mərkəzi Fondu"nun regional şöbələrinə bir sıra şəxsləri, o cümlədən Quba rayon sakinləri - Bayramov Baram Üzdən oğlu, Hacıyev Hacıbala Mirzəşah oğlu, İsmayılov Ramiz Tağı oğlu və Ağasiyev Firudin Ənvər oğlunu, Beyləqan rayon sakini Məmmədov Vüqar Zöhrab oğlunu, İmişli rayon sakini Məmişov Muradəli Zülfəli oğlunu, Cəlilabad rayon sakinləri Mehtiyev İsrail Əjdər oğlunu və Yəhyayev Ramiz Musa oğlunu, Bərdə rayon sakini Fətəliyev Murad Cəmil oğlunu işə götürmə adı ilə aldadıb onların etibarlarından sui-istifadə edərək, hər birinin müəyyən məbləğlərdə pul vəsaitlərini ələ keçirərək dəstə üzvləri arasında bölüblər.

Daha sonra müəyyən edilib ki, İlham Cəfərov və Əhliman Məmmədov cinayətkar niyyətlərini davam etdirmək məqsədilə dəstənin digər üzvü Eyvaz Bayramovu qeyri-qanuni "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kreditləşmə Mərkəzi Fondu"nun eksperti kimi müxtəlif vətəndaşlara təqdim ediblər. Eyvaz Bayramov Şəki və Bərdə rayonlarına gedərək heç bir səlahiyyəti olmadan güzəştli kredit almağa çalışan şəxslərə onların girov qoymaq istədikləri torpaq sahələrinə rəy verib və yalandan kredit ayrılacağını vəd edərək, həmin sahələrə baxıb və fotoşəkillərini çəkib.

Beləliklə, mütəşəkkil dəstənin üzvləri qısa müddət ərzində vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara ümumilikdə 215 min manat məbləğində ziyan vurublar.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.2.2 və 178.3.2-ci (dələduzluq, yəni mütəşəkkil dəstə tərəfindən təkrar törədilməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddələri ilə cinayət işi başlanıb. İlham Cəfərov, Əhliman Məmmədov, Eyvaz Bayramov, Samir Məmmədov, Talıb Cabbarov və Natiq Əsədov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İlham Cəfərov, Əhliman Məmmədov, Eyvaz Bayramov, Samir Məmmədov, Talıb Cabbarov və Natiq Əsədovun qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onların hüquqazidd əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Milli Təhlükəsizlik Nazirliyinin ərazi orqanlarına müraciət etmələri xahiş olunur.

“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib
Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Təhsil Günü ilə bağlı paylaşım edib
Sabahın hava proqnozu açıqlanıb
İstixana sahiblərinə güzəşt olunacaq - "Azəriqaz"
Qobustan Qoruğu ziyarətçilər üçün açılır
Ötən il Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Füzuli rayonunun Aşağı Veysəlli kəndi (FOTO/VİDEO)
Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib
Porye "UFC 257" turnirinin əsas döyüşündə Makqreroru məğlub edib
Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur
Meksikada naməlum şəxslər 19 nəfəri öldürərək yandırıblar
Peyvəndləmənin effektivliyi neftin 60 dollara qədər bahalaşmasına imkan verəcək - Proqnoz
İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfərə çatır
Fransada ötən sutka koronavirusa 23 mindən çox yoluxma qeydə alınıb
Misirdə koronavirusa qarşı kütləvi vaksinasiya başlayır
Pentaqonun yeni rəhbəri britaniyalı həmrakı ilə Rusiya və Çini müzakirə edib
İtaliyada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb
Portuqaliyada prezident seçkiləri keçiriləcək
Britaniyada bir sutkada koronavirusdan 1 348 nəfər ölüb
Çili sahillərində 7 bal gücündə zəlzələ olub
Kolumbiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb
Türkiyədə koronavirusdan sağalanların sayı 2,3 milyon nəfəri ötüb
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumunu müzakirə ediblər
Fransada 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub
Dəniz quldurları Türkiyəyə məxsus gəmini ələ keçiriblər, bir azərbaycanlı öldürülüb
Lənkəranda 14 yaşlı oğlan itkin düşüb, FHN axtarışlara başlayıb
Prezident İlham Əliyevin iqtisadi strategiyasının növbəti uğuru: "Dostluq" anlaşması - Həftənin Hadisəsi
Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 600 mindən çox artıb
Nizami küçəsinin daimi "sakinləri": Karantin rejimi bir onlara təsir etməyib (VİDEO)
Nigeriyada qaz daşıyan avtomobil partlayıb, 30 nəfər ölüb
Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
İspaniyada zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb
İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər - Zərif
Amerikalı telejurnalist Larri Kinq vəfat edib
Qətərdə koronavirusa yoluxanların sayı 150 min nəfərə çatır
Əlahiddə Ümumqoşun Orduda bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib (FOTO/VİDEO)
Şuşaya qalib kimi gəlmişik - Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada (ÖZƏL)
Şahbuz rayonunda zəlzələ olub
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub (FOTO)
Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir? - FHN
Kəlbəcər rayonunun Qamışlı kəndi (FOTO/VİDEO)
Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə Qubadlı və Xocavənddə hərbiçilərimizə zəruri ərzaq məhsulları göndərilib (VİDEO)
Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi
Qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verilir
Qaradağ rayonunda böyük iməcilik keçirildi (FOTO)
Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir: Müşahidə Şurası yaradıldı - FƏRMAN
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qarabağ Dirçəliş Fondu”na 100 min manat vəsait köçürüb
Tərtərdə karantin rejimini pozan çayxana aşkarlanıb
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
Evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
ABŞ sakini lotereyada 1 milyard dollar udub
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
İranda 6 mindən çox şəxs koronavirusa yoluxub
Bakı aeroportunda qızıl qaçaqmalçısı tutuldu (FOTO) (VİDEO)
Vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlandı
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu (FOTO)
Azərbaycanda yeni qanun layihəsi hazırlanır
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi (FOTO)
Paytaxtda təmizliklə bağlı iməclik keçirilib (FOTO)
Erməni vandalizminin son həddi: Talan olan Zəngilan - Trend TV-nin REPORTAJI
Türkiyədə Rusiya vaksini istehsal ediləcək
"Dostluq" yatağının birgə işlənməsi kommersiya və texniki baxımdan cəlbedici olacaq - "Wood Mackenzie"
Gürcüstan XİN rəhbərinin müavini 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan Səfirliyində yad edib
Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur - Nazir
Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib - Emin Əmrullayev
22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
"Standard & Poor's" agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozu yüksəldib
Şagirdlərin milli qiymətləndirilməsinin aparılması nəzərdə tutulur
"Torqovı"nun bağlı qalan obyektləri açılış gününü gözləyir (FOTO)
Azərbaycan nefti ucuzlaşır
Rusiyada koronavirusa 30 minə yaxın yeni yoluxma olub, 559 nəfər ölüb
Pandemiyada ölüm hallarının qarşısının alınması ilə bağlı layihənin ilk koordinasiya görüşü keçirilib
DİN sosial şəbəkə istifadəçilərinə dələduzlarla bağlı müraciət edib
Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev
Müharibə zamanı dağıdılan məktəblərlə bağlı qərarlar üzərində işlənilir - Nazir
“Yüksəliş” müsabiqəsi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib (FOTO)
Bazar günü hava yağmursuz keçəcək, 8 dərəcə isti olacaq
Rus hərbçisi Ermənistanda qəzaya düşüb öldü
Cəlilabadda qadın əri tərəfindən öldürüldü
Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır - Turizm Bürosu
Müharibənin təsirindən psixoloji travma alan şəxs ən kiçik hadisədən aqressivləşib özünə zərər yetirə bilər - Psixoloq TÖVSİYƏLƏRİ
KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb (FOTO)
Ötən il Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb
Qonşusunu evində boğaraq qətlə yetirən 18 yaşlı gənc tutulub
Hindistanda bir gündə rekord sayda şəxs peyvənd olunub
Qanunsuz ov edən şəxs cəzalandırılıb
Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək
Məktəblər açılır, metronun fəaliyyəti bərpa oluna bilərmi? - AÇIQLAMA
AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər aşkarlanıb
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib (FOTO)
Bütün xəbərlər