...

Türkiyə "Patriot" raketləri üçün NATO-ya rəsmi müraciət etdi

Siyasət Materials 21 Noyabr 2012 19:47 (UTC +04:00)
Bu gün Türkiyə Suriya ilə sərhədlərin müdafiəsi üçün "Patriot" hava hücumundan müdafiə (HHM) sisteminin verilməsi xahişi ilə NATO-ya rəsmi müraciət edib.
Türkiyə "Patriot" raketləri üçün NATO-ya rəsmi müraciət etdi

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Bu gün Türkiyə Suriya ilə sərhədlərin müdafiəsi üçün "Patriot" hava hücumundan müdafiə (HHM) sisteminin verilməsi xahişi ilə NATO-ya rəsmi müraciət edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen deyib.

"Belə silahın yerləşdirilməsi ölkə xalqının və ərazisinin müdafiəsi üçün Türkiyənin HHM gücünü artıracaq. Bu, NATO-nun cənub-şərq sərhədlərində gərginliyin azaldılmasına töhfə verəcək", - Rasmussen bəyan edib.

Onun sözlərinə görə, Ankarının müraciətinə dərhal baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti