Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə layihəsi on il ərzində hazırlanan ilk yerli təyyarədaşıyan gəminin tikintisini planlaşdırır. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.
Təyyarədaşıyan gəminin uzunluğu 140 metr, çəkisi 24 min tona yaxın olacaq. Onun tikintisinə beş il vaxt lazım olacaq və 1,5 milyard dollara başa gələcək.
Qəzetin yazdığına görə, gəmini göyərtəsinə 8 helikopter, 100 maşın və 1000 insan yerləşəcək.
Son illərdə Türkiyənin hərbi-sənaye şirkəti silah və hərbi texnikanın yerli istehsalını səylə artırır.
Daha əvvəl Türkiyə yerli "Altay" tankının və "ANKA" PUA-nın yaradılması haqqında bəyan edib.