...

Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin inşasına maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 29 Noyabr 2012 18:56 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin inşasına maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Prezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşasını tamamlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Konservatoriyasına 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti