...

Səfir: Fələstin üçün növbəti məsələ ölkə daxilində birliyin əldə olunmasıdır

Siyasət Materials 30 Noyabr 2012 12:55 (UTC +04:00)
Fələstinin BMT-də müşahidəçi dövlət statusu almasından sonra ölkə üçün prioritet məsələ Fələstin daxilində birliyə nail olmaqdır. Bu barədə Trend-ə Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib.
Səfir: Fələstin üçün növbəti məsələ ölkə daxilində birliyin əldə olunmasıdır

Azərbaycan, Bakı 30 noyabr / Trend, müxbur A.Tağıyeva /

Fələstinin BMT-də müşahidəçi dövlət statusu almasından sonra ölkə üçün prioritet məsələ Fələstin daxilində birliyə nail olmaqdır. Bu barədə Trend-ə Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib.

"İndi Fələstin probleminin həlli yolunda ən əhəmiyyətli məsələ olan daxili birlik ölkə üçün prioritet olacaq. Fələstinlilərin arasında düşmənçiliyə və fikir ayrılıqlarına son qoymaq lazımdır", - Kərim deyib.

Səfir ən yaxın günlərdə bu istiqamətdə ciddi addımlar atılacağına ümidini ifadə edib və qeyd edib ki, ölkə hakimiyyəti Fələstinin daxilində birliyə nail olunduqdan sonra beynəlxalq hüquq əsasında İsraillə sülh danışıqlarının yenilənməsi yollarının öyrənilməsinə başlayacaq.

Kərimin sözlərinə görə, Fələstinə BMT-də müşahidəçi dövlət statusu verilməsini dəstəkləyən ölkələr faktiki olaraq humanizmə, beynəlxalq və insan hüquqlarına səs veriblər və bu ölkələr Fələstinin, humanizmin və insan hüquqlarının dostudur.

"Bu səsvermə Fələstin-İsrail münaqişəsinin sülh yoli ilə nizamlanması yolunda müsbət addım oldu. Lehinə səs verənlər faktiki olaraq bu problemin sülh yolu ilə həllini seçdi ki, bu yol beynəlxalq qətnamələrə və BMT-nin qərarlarına əsaslanır", - səfir deyib.

Əbdül Kərim qeyd edib ki, Fələstin Azərbaycana fələstinlilərin bütün tarixi boyunca ona göstərdiyi dəstəyə, həmçinin Azərbaycan hakimiyyətinə Fələstinə BMT-də müşahidəçi dövlət statusu verilməsi üzrə qətnaməyə səs verdiyinə görə minnətdardır.

Cümə axşamı BMT Baş Assambleyası Fələstinə BMT-də müşahidəçi dövlət statusu verib. BMT-nin 193 üzv ölkəsindən 138-i müvafiq qətnaməni bəyənib, doqquzu əleyhinə səs verib. Qalanları isə səsvermədə iştirak etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti