...

AŞ PA Azərbaycana dair hesabatın son variantını təsdiq edəcək

Siyasət Materials 10 Dekabr 2012 18:08 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycana dair hesabatın son variantını təsdiq edəcək.
AŞ PA Azərbaycana dair hesabatın son variantını təsdiq edəcək

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir M.Əliyev/

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycana dair hesabatın son variantını təsdiq edəcək.

Milli Məclisdən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu məsələ Parisdə dekabrın 11-12-də keçiriləcək AŞ PA Hüquqi işlər və insan haqları və Monitorinq komitələrinin iclaslarının gündəliyinə daxil edilib.

İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar - Milli Məclisin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov və Rafael Hüseynov iştirak edəcəklər.

İclaslarda, həmçinin Avropa insan haqlarının gələcəyi, həbs etmələrə alternativ variantların təşviqi, milli təhlükəsizlik və informasiyaya çıxış, Bolqarıstan və Türkiyə ilə monitorinq sonrası dialoq, Monteneqroda son parlament seçkilərinə dair məlumat, Ukraynada son siyasi hadisələr və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Hüquqi işlər və insan haqları komitəsində deputat Rafael Hüseynovun "Qeyri-üzv dövlətlərin Avropa Şurasının konvensiyalarında iştirakı" mövzusunda məruzəsi dinləniləcək, bu barədə müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti