...

Bidzina İvanişvili: Azərbaycanla Gürcüstan arasında bütün məsələlər ənənəvi dostluq atmosferində həll olunacaq

Siyasət Materials 24 Dekabr 2012 14:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Bakıda Azərbaycan Prezidenti ilə görüş zamanı Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məslələri müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gürcüstanın Baş naziri Bidzina İvanişvili Tbilisidə keçirilən brifinqdə deyib.

"Habelə David Qareçi monastr kompleksi, Qırmızı körpü və başqa məsələlər müzakirə olunacaq və biz həmin məsələlərin nizamlanmasında maraqlıyıq", - o qeyd edib.

Baş nazir bildirib ki, Gürcüstanla Azərbaycanın gözəl münasibətləri var və ona görə də "problemlərin həllində çətinliklər olmayacaq". "Azərbaycanla Gürcüstan arasında bütün məsələlər ənənəvi dostluq atmosferində həll olunacaq", - İvanişvili deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti