...

Əli Həsənov: Azərbaycanla Gürcüstan arasında olan strateji tərəfdaşlıq münasibətləri davam edəcək

Siyasət Materials 26 Dekabr 2012 12:58 (UTC +04:00)
Azərbaycanla Gürcüstan arasında olan strateji tərəfdaşlıq münasibətləri bundan sonra da davam edəcək.
Əli Həsənov: Azərbaycanla Gürcüstan arasında olan strateji tərəfdaşlıq münasibətləri davam edəcək

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanla Gürcüstan arasında olan strateji tərəfdaşlıq münasibətləri bundan sonra da davam edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gürcütsanın Baş naziri Bidzina İvanişvilinin Azərbaycana səfərini şərh edərkən deyib.

"Azərbaycanla Gürcüstan arasındakı bugünkü münasibətlər, bu seçilmiş kurs hər iki dövlətin xalqlarının birbaşa mənafelərinə cavab verir və maraqlarını əks etdirir", - Həsənov bildirib.

PA rəsmisi qeyd edib ki, Gürcüstanın Baş naziri Bidzina İvanişvili bu gün Azərbaycanda səfərdədir və Azərbaycan Prezidenti, eləcə də digər rəsmilərlə görüşlər keçirir.

"Bu görüşlər zamanı Gürcüstanın yeni hökumət rəhbəri kimi onunla Azərbaycan-Gürcüstan münasibətlərinin bütün tərəfləri müzakirə olunacaq. Bizim strateji tərəfdaşlığımızı şərtləndirən enerji sahəsində əməkdaşlıq, bir çox beynəlxalq layihələrdə birgə iştirak, Azərbaycanla Gürcüstan arasındakı digər inteqrativ məsələlər müzakirə olunacaq", - Həsənov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti