...

2013-cü ilin qarşıdurmaları

Siyasət Materials 2 Yanvar 2013 12:25 (UTC +04:00)
ABŞ-da dərc olunan nüfuzlu analitik-informasiya jurnalı "Forinc polisi" 2013-cü ildə dünyanın diqqət mərkəzində olacaq qarşıdurmaların siyahısını hazırlayıb.
2013-cü ilin qarşıdurmaları

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir X.Murtuzayeva/

ABŞ-da dərc olunan nüfuzlu analitik-informasiya jurnalı "Forinc polisi" 2013-cü ildə dünyanın diqqət mərkəzində olacaq qarşıdurmaların siyahısını hazırlayıb.

Trend-in məlumatına görə, 2013-cü ildə "Qlobal sabitliyi təhdid edən 10 münaqişə"nin siyahısı belədir:

- Sudan: Sudan və Cənubi Sudan arasında yerləşən neftlə zəngin Abeyi şəhəri qarşıdurmalara səbəb olur. Sərhəd və neft kəmərlərinin keçidi ilə bağlı baş verən anlaşılmazlıqlar 2013-cü ildə də davam edəcək.

- Türkiyə/PKK: Türkiyədə yaşayan kürdlərin hələ də hökumətdən narazılığı davam edir. Kürdlərin keçirilməsini tələb etdikləri islahatlar arasında ana dilində təhsil kimi mövzular yer alır. Ancaq bu tələblərin yerinə yetirilməsində dönüşün baş verməsi ehtimalı çox azdır.

- Əfqanıstan: NATO qüvvələrinin ölkədən çıxmasından sonra hökumət özü ölkədə təhlükəsizliyi təmin etməkdən çox uzaqdır.

- Pakistan: 2013-cü ildə seçkilərin keçiriləcəyi Pakistanda islahatların aparılmasına və demokratiyaya keçidə xüsusi əhəmiyyət verilməlidir. Selden zərər çəkən və hərbi əməliyyatlar nəticəsində ev-eşiyini itirən əhalinin radikal islamçı qruplara meyli artır.

- Mali və Nigeriya: Regional problemlərin ən sıx yaşandığı və mart ayında ordunun zərbə endirdiyi Maliyə beynəlxalq müdaxilə və ölkənin yenidən qurulması zərurəti meydana çıxa bilər. Nigeriyada isə radikal islamçı "Boko Haram" təşkilatının hücumlarından ölənlərin sayının artacağı mümkündür.

- Konqo Demokratik Respublikası: Müxalifətçi "M23" qüvvələrinin aprel ayında başladığı üsyanlardan sonra yenidən qarşıdurmaların meydanına çevrilən ölkədə insan hüquqlarının pozulması, mülki şəxslərin edam olunması və ölkə ərazisində böyük qaçqın ordusunun yaranması davam edəcək.

- Keniya: Gənclər arasında işsizlik, torpaqların bölüşdürülməsində müşahidə olunan sosial bərabərsizliyin və etnik qütbləşmənin dərinləşməsi mart ayında keçiriləcək seçkilər öncəsi bölgədə zorakılıq riskinin yüksək olacağından xəbər verir.

- Suriya və Livan: Xeyli sayda suriyalının qonşu ölkələrə üz tutmasına səbəb olan hadisələr və sərhəd düşərgələrinin dolması qış mövsümünün çətin keçəcəyini göstərir. Ölkədə dini və etnik icmalar qütbləşib. Livanda isə Suriyadakı vətəndaş müharibəsi ilə əlaqədar qarışıqlıq yarana bilər.

- Mərkəzi Asiya: Özbəkistanla əlaqələri hər gün mürəkkəbləşən Tacikistanda 2013-cü ildə daxili qarşıdurmaların baş verəcəyi istisna olunmur. Həmçinin, Qırğızıstanda artan etnik təzyiqlərə beynəlxalq ictimaiyyət laqeyd qalmaqdadır.

- İraq: Əksəriyyəti şiə müsəlmanlardan ibarət administrasiyaya rəhbərlik edən Baş nazir Nuri əl-Malikinin siyasi qurumlar və təhlükəsizlik qüvvələri üzərində nəzarəti artırması 2010-cu ildə əldə edilən razılaşmaya uyğun gəlmir. Malikinin qüvvələrin kürd, şiə və sünni partiyalarla bərabər paylanmasını nəzərdə tutan "Ərbil müqaviləsi"ni pozması ehtimalı yüksəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti