...

ABŞ Prezidentinin şəkilləri ilk dəfə Tehran küçələrində (FOTO)

Siyasət Materials 15 Yanvar 2013 17:38 (UTC +04:00)
İranda ilk dəfə ABŞ Prezidentinin şəkilləri paytaxt Tehranın küçələrində asılıb. Bu barədə Trend İranın Asriran.com saytına istinadən məlumat verir.
ABŞ Prezidentinin şəkilləri ilk dəfə Tehran küçələrində (FOTO)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

İranda ilk dəfə ABŞ Prezidentinin şəkilləri paytaxt Tehranın küçələrində asılıb. Bu barədə Trend İranın Asriran.com saytına istinadən məlumat verir.

Məlumata əsasən, ABŞ Prezidenti Barak Obamanın böyük ölçüdə şəkli Şümür ibn Zilcoşənin (Shimr ibn thil-Jawshan) şəkli ilə birlikdə təsvir edilib. Şəkilin altındakı yazılar Şümürün Kərbəla hadisəsi zamanı Aşura günündə İmam Hüseynin qardaşı Əbulfəzlə (ə) "amannamə" verməsini xatırladır. Həmin "amannamə"ni Əbulfəzl (ə) qəbul etmədi.

Belə ki, şəklin altında Şümürün hicri qəməri tarixi ilə 61-ci ildə Əbülfəzlə (ə) dediyi "Bizimlə ol ki, təhlükəsiz qalasan" cümləsi yazılıb və eyni cümlənin 2013-cü ildə Barak Obama tərəfindən təkrarlandığı qeyd olunub.

Bu şəkil Tehranın Vəliəsr meydanı yaxınlığında Kərimxan küçəsinin sonunda böyük bir binadan asılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti