Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir T.Cəfərov/
İran öz sərhədlərinə nəzarəti gücləndirmək üçün sərhəd qoşunları tərkibində pilotsuz təyyarələr birliyi yaradacaq. Bunu İran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm deyib. Trend-in məlumatına görə, bu barədə İranın Mehr agentliyi xəbər verir.
Müqəddəm deyib ki, ölkənin şərq sərhədlərinə havadan nəzarəti gücləndirmək məqsədi ilə pilotsuz təyyarələr birliyi Sistan və Bəluçistan sərhəd qonşularının tərkibində yaradılacaq.
O deyib ki, dövlət cari ildə narkotiklərlə mübarizəni gücləndirmək məqsədi ilə, eləcə də sərhədlərin möhkəmləndirilməsi üçün 85 milyon dollar vəsait ayrıb.