...

Azərbaycanla İndoneziya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Siyasət Materials 16 Yanvar 2013 13:36 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyində Azərbaycanda səfərdə olan İndoneziyanın Müdafiə Nazirliyinin baş katibi, marşal Eris Herryantonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycanla İndoneziya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/

Müdafiə Sənayesi Nazirliyində Azərbaycanda səfərdə olan İndoneziyanın Müdafiə Nazirliyinin baş katibi, marşal Eris Herryantonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə İndoneziya ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nümayəndə heyətinin başçısı Eris Herryanto səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə İndoneziya Respublikasının Azərbaycandakı səfiri Raden Prayono Atiyanto da iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlarla tanış olmaq üçün nazirliyin Elektron hesablayıcı maşınlar zavodunda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti