...

DİN və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Siyasət Materials 16 Yanvar 2013 17:23 (UTC +04:00)
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün BMT-nin Azərbayandakı rezident əlaqələndiricisi Antonius Bernardus Bruku qəbul edib.
DİN və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün BMT-nin Azərbayandakı rezident əlaqələndiricisi Antonius Bernardus Bruku qəbul edib.

Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ramil Usubov BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əməkdaşlıq əlaqələrinin olduğunu xatırladıb, təkcə son 3 ildə respublikada və ayrı-ayrı xarici dövlətlərdə təşkilatın təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə 1000 nəfərdən çox əməkdaşın iştirak etdiyini bildirib.

Daha sonra qonağa ölkədəki kriminogen durum, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, həyata keçirilən tədbirlər haqqında məlumat verilib.

Daxili işlər naziri onu da bildirib ki, rəhbərlik etdiyi qurum insan və vətəndaş hüquq və azadlıqlarının təmini ilə bağlı ümumdövlət siyasətinin həyata keçirilməsinə, əməkdaşların peşə hazırlığı sisteminin təkmilləşdirilməsinə xüsusi önəm verir.

Görüşdə BMT-nin aidiyyəti qurumları ilə həyata keçirilən layihələr çərçivəsində operativliyin daha da artırılması, texniki və metodiki baxımdan xidməti fəaliyyətin möhkəmləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi sahəsində mühüm işlər görüldüyü qeyd olunub.

Antonius Bernardus Bruk regional və qlobal miqyasda rolu artmaqda olan Azərbaycanda görülən işləri yüksək qiymətləndirib. O, xarici ölkə vətəndaşlarının da tam təhlükəsiz mühitdə yaşayıb fəaliyyət göstərdiklərini vurğulayıb və yaradılan şəraitə görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi və bir sıra digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti