...

Azərbaycan Prezidenti Davosda Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktoru ilə görüşüb (FOTO)

Siyasət Materials 23 Yanvar 2013 23:59 (UTC +04:00)
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktoru Cin Yonq Kay ilə görüşü olmuşdur.
Azərbaycan Prezidenti Davosda Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktoru ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktoru Cin Yonq Kay ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Maliyyə Korporasiya arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olundu. Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda həyata keçirilən layihələrdə investor kimi iştirak etməsi yüksək qiymətləndirildi.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı görülən işlərdən danışılan görüşdə Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə xüsusilə kənd təsərrüfatı və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıqda maraqlı olduğu bildirildi.

Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyası ilə Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirdi və əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Xəbər lenti

Xəbər lenti