Azərbaycan, Bakı, 24 yanvar /Trend/
Yanvarın 24-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Leonid Kuçma ilə görüşü olub.
Görüşdə Leonid Kuçma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırladı. Qarşılıqlı səfərlərin, xüsusilə də Prezident İlham Əliyev ilə keçirilən görüşlərin əhəmiyyətindən danışıldı.
Azərbaycan-Ukrayna münasibətlərinin uğurla inkişaf etdiyinin vurğulandığı görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.