...

Ankara Avropa İttifaqını Şanxay Əməkdaşlıq Təşkilatına dəyişə bilər

Siyasət Materials 26 Yanvar 2013 07:20 (UTC +04:00)
Ankara Avropa İttifaqını (Aİ) Şanxay Əməkdaşlıq Təşkilatına dəyişə bilər. Belə bir açıqlama ilə yerli 24 TV-nin suallarını cavablandıran Baş nazir Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Ankara Avropa İttifaqını Şanxay Əməkdaşlıq Təşkilatına dəyişə bilər

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir E.Qəzvini/

Ankara Avropa İttifaqını (Aİ) Şanxay Əməkdaşlıq Təşkilatına dəyişə bilər. Belə bir açıqlama ilə yerli 24 TV-nin suallarını cavablandıran Baş nazir Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hökumət başcısı Türkiyənin üzvlük məsələsini yubadan Avropa İttifaqını tənqid edib.

Baş nazir bəyan edib ki, Aİ əslində Türkiyəni unudub. O, hesab edir ki, Ankaranın başına sığal cəkməkdənsə, üzvlüyə qəbul etməyəcəkləri açıqlansa, daha münasib olar.

Hökumət rəhbərinin qınağından NATO da kənarda qalmayıb. Ərdoğan bildirib ki, vaxtı ilə Türkiyəni sıralarına qəbul edən hərbi alyans, hazırda yeni müsəlman ölkəsinin quruma üzvlüyünə sədd çəkməkdədir. Aİ-ni NATO-nun etdiyi səhvdən dərs almağa çağıran Türkiyə rəsmisi xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinə ölkəsinin "Şanxay beşliyi"nə qəbul edilməsi barədə təklif irəli sürüb.

Ərdoğan açıq şəkildə ifadə edib ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatının üzv qəbul olunarsa, rəsmi Ankara Avropa İttifaqına "xudahafiz" deyər. Sözügedən təşkilatı daha güclü qurum kimi qələmə verən Baş nazir Pakistan və Hindistanın buna dair istəyini də gizlətməyib.

Türkiyə Nazirlər Kabinetindəki dəyişiklərə gəlincə, elə ilk münasibət də Ərdoğandan gəlib. O vurğulayıb ki, Kabinetdə əbədi vəzifə deyilən bir anlayış yoxdur. Ərdoğanın sözlərinə görə, dəyişikliklərlə əlaqədar heç bir nazir məsuliyyətsizliyindən söhbət gedə bilməz, əksinə, vəzifə icrasında zəiflik olmasın deyə bu addım atılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti