...

Komitə sədri: Azərbaycanda dini icmalar siyasiləşməyə getmək istəmirlər

Siyasət Materials 30 Yanvar 2013 12:22 (UTC +04:00)
Azərbaycanda dini icmalar siyasiləşməyə getmək istəmirlər. Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.
Komitə sədri: Azərbaycanda dini icmalar siyasiləşməyə getmək istəmirlər

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanda dini icmalar siyasiləşməyə getmək istəmirlər. Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

O qeyd edib ki, aparılan monitorinlər göstərib ki, dini icmaların son günlər Azərbaycanda keçirilən kütləvi aksiyalarda iştirakı qeydə alınmayıb.

"Dini icmalar sağlam və dövlətçilik mövqeyindən çıxış edirlər. Son zamanlar dini icmaları siyasiləşdirməyə cəhdlər var. Bunula bağlı artıq müvafiq reaksiyalar olub. Hesab edirəm ki, kənardan heç bir təsir olmadıqda, əksər dini icmalar siyasiləşməyə getmək istəmirlər", - İskəndərov deyib.

Onun sözlərinə görə, bu, nəinki o dini icmaların məqsədlərinin əleyhinədir, ümumiyyətlə dövlətçiliyin prinsiplərinə ziddir. Bu, çox təhlükəlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti