...

İran İsraildan başqa, bütün ölkələrlə danışıqlara hazırdır - deputat

Siyasət Materials 30 Yanvar 2013 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İsrail İranın heç vaxt danışıqlar aparmayacağı yeganə dövlətdir. Rəsmi Tehran belə imkanı heç nəzərdən keçirmir. Bu barədə çərşənbə günü Trend-ə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü İsmayıl Kövsəri deyib.

İranın digər dövlətlərlə münasibətlərindən danışan Kövsəri qeyd edib ki, İran və ABŞ-ın əlaqələri yaxşılaşdırmaq şansları var.

"ABŞ ilə münasibətləri birinci İran pozmayıb. Məhz Vaşinqton 1978-ci ildən sonra İran ilə əlaqələri dayandırıb və hazırda ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq edir", - o vurğulayıb.

Kövsəri bildirib ki, ABŞ İrana münasibətdə fəaliyyətini dəyişdirməlidir.

"Nə qədər ki onlar özlərindən razıdır, heç bir danışıq olmayacaq", - o qeyd edib.

Kövsərinin sözlərinə görə, ABŞ-ın cəhdlərinə baxmayaraq, İran zərər görməyib.

"ABŞ istədiyini edə bilər. Onlar İrana qarşı sanksiyalar tətbiq etdilər, ölkəni nüvə silahını hazırlamaqda ittiham edirlər. Buna baxmayaraq, İran problemlərini həll edir və inkişafa can atır", - o vurğulayıb.

Deputatın sözlərinə görə, İran ABŞ-ın fəaliyyətini diqqətlə izləyir.

"Dörd il əvvəl ABŞ Prezidenti Barak Obama bəyan etmişdi ki, ABŞ-ın siyasəti dəyişəcək. Lakin bunun baş vermədiyini gördük. Üstəlik, ABŞ-ın siyasəti Corc Buşun dövründəkindən daha pis oldu", - deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti