...

Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq planı imzalandı

Siyasət Materials 30 Yanvar 2013 16:49 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan-Pakistan işçi qrupunun 4-cü görüşü keçirilib.
Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq planı imzalandı

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan-Pakistan işçi qrupunun 4-cü görüşü keçirilib.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşə Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor Tariq Qafur rəhbərlik edib.

Azərbaycan-Pakistan işçi qrupunun 4-cü görüşündə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın qarşılıqlı fayda verəcəyi vurğulanıb, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşün gündəliyinə çıxarılan mövzular üzrə müzakirələrin yekununda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında 2013-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti