...

Aİ-nin Ermənistandakı nümayəndə heyəti Ayrikyana qarşı sui-qəsdlə bağlı narahatlığını bildirib

Siyasət Materials 1 Fevral 2013 15:24 (UTC +04:00)
Aİ-nin Ermənistandakı nümayəndə heyəti prezidentliyə namizəd Payuyr Ayrikyana qarşı sui-qəsdlə bağlı narahatlığını bildirib.
Aİ-nin Ermənistandakı nümayəndə heyəti Ayrikyana qarşı sui-qəsdlə bağlı narahatlığını bildirib

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Aİ-nin Ermənistandakı nümayəndə heyəti prezidentliyə namizəd Payuyr Ayrikyana qarşı sui-qəsdlə bağlı narahatlığını bildirib.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Aİ-nin nümayəndə heyəti ölkədə beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsinə yenidən dəstək verdiyini qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd olunub. İnsident Yerevanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib.

Fakt üzrə cinayət işi qaldırılıb və birgə operativ-istintaq qrupu yaradılıb.

Ayrikyan Ermənistan prezidentliyinə dördüncü dəfədir namizədliyini irəli sürür. Buna qədər o, 1991, 1998 və 2003-cü illərdə seçkilərdə iştirak edib.

Ermənistan Konstitusiyasına əsasən, hər hansı prezidentliyə namizədin seçkilərdə iştirakına maneələr yaradılarsa, seçkilər iki həftə müddətində təxirə salınır.

Xatırladaq ki, Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-nə planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti