...

Bakıda Avronest PA Enerji təhlükəsizliyi məsələləri komitəsinin iclası keçiriləcək

Siyasət Materials 4 Fevral 2013 13:16 (UTC +04:00)
Bakıda fevralın 12-13-ü Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi məsələləri komitəsinin iclası keçiriləcək.
Bakıda Avronest PA Enerji təhlükəsizliyi məsələləri komitəsinin iclası keçiriləcək

Azərbaycan, Bakı, 4 fevral / Trend müxbir M.Əliyev/

Bakıda fevralın 12-13-ü Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi məsələləri komitəsinin iclası keçiriləcək. Bu barədə Trend-ə millət vəkili, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin üzvü Fuad Muradov bildirib.

Onun sözlərinə görə, iclasda Azərbaycanın enerji siyasəti ilə bağlı bir sıra məsələlər, ölkənin iştirakı və təşəbbüsü ilə həyata keçirilən irihəcmli enerji layihələri, həmçinin Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu müzakirə olunacaq.

Komitənin iclasında Avropalı deputatlar, həmçinin enerji sahəsində olan mütəxəssislər iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti