...

Baş nazir: Ermənistanda prezident seçkilərindən sonra yeni hökumətin formalaşması hələ müzakirə olunmur

Siyasət Materials 7 Fevral 2013 12:21 (UTC +04:00)
Ermənistanda prezident seçkilərindən sonra yeni hökumətin formalaşması və mümkün kadr dəyişiklikləri məsələsi hələ müzakirə olunmur.
Baş nazir: Ermənistanda prezident seçkilərindən sonra yeni hökumətin formalaşması hələ müzakirə olunmur

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Ermənistanda prezident seçkilərindən sonra yeni hökumətin formalaşması və mümkün kadr dəyişiklikləri məsələsi hələ müzakirə olunmur. Trend "Novosti-Armeniya"ya istinadən məlumat verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Ermənistanın Baş naziri, hakim Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Tiqran Sarkisyan jurnalistlərə bildirib.

Bununla yanaşı, hökumət başçısı onun Baş nazir postunda işini davam etdirəcəyi ilə bağlı sualı şərh etməyərək jurnalistlərə "bir qədər səbirli olmağı" məsləhət görüb.

Sarkisyan onu da qeyd edib ki, ERP "Çiçəklənən Ermənistan" və başqa siyasi qüvvələrlə koalisiyanın formalaşdırılması məsələsini, onların istəyi olarsa, müzakirə etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti