...

Rusiya Qəbələ RLS-dəki əmlakının çıxarılması parametrlərini Azərbaycan Müdafiə Nazirliyi ilə razılaşdırır

Siyasət Materials 7 Fevral 2013 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Qəbələ RLS-dən Rusiyanın əmlakının çıxarılmasının konkret parametrləri və müddəti hazırda Rusiya və Azərbaycanın Müdafiə nazirlikləri arasında danışıqların gedişində müəyyən olunur. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə cümə axşamı RF XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç brifinqdə bəyan edib.

"Hazırda əmlakın çıxarılmasının konkret parametrlərini müəyyən etməkdən ötrü iki ölkənin Müdafiə nazirliklərinin xətti ilə danışıqlar aparılır", - o deyib.

Lukaşeviç bir daha xatırladıb ki, Rusiya Qəbələ RLS-in istismarı məsələsi üzrə danışıqları bərpa etmək fikrində deyil.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti