...

ABŞ senatının komitəsi Pentaqon rəhbərliyinə Heygelin namizədliyini təsdiqlədi

Siyasət Materials 13 Fevral 2013 04:15 (UTC +04:00)
ABŞ senatının silahlı qüvvələr üzrə komitəsi Pentaqon rəhbərliyinə keçmiş senator Çak Heygelin namizədliyini təsdiqlədi və məsələyə senatın tam tərkibdə baxılmasını tövsiyə etdi.
ABŞ senatının komitəsi Pentaqon rəhbərliyinə Heygelin namizədliyini təsdiqlədi

Azərbaycan, Bakı, 13 fevral /Trend/

ABŞ senatının silahlı qüvvələr üzrə komitəsi Pentaqon rəhbərliyinə keçmiş senator Çak Heygelin namizədliyini təsdiqlədi və məsələyə senatın tam tərkibdə baxılmasını tövsiyə etdi. RİA Novosti xəbər verir ki, komitənin bütün üzvləri Heygelin namizədliyini dəstəkləməyib. Lakin "lehinə" verilmiş səslər (14 lehinə, 11 əleyhinə) məsələnin növbəti təsdiqlənmə mərhələsinə keçməsinə yetib.

Qeyd edək ki, bir neçə gün öncə müvafiq komitədə Heygelin namizədliyilə bağlı dinləmələr keçirilib. Səkkiz saat davam edən prosesdə senatorlar namizədə bir çox suallar ünvanlayıblar. Dinləmələr gərgin keçsə də, büdcə və ya vergilərlə bağlı keçirilmiş dinləmələr kimi o qədər də emosional olmayıb.

Xəbər lenti

Xəbər lenti