...

Misirdə parlament seçkiləri aprelin 27-də keçiriləcək

Siyasət Materials 22 Fevral 2013 00:33 (UTC +04:00)
Aprelin 28-də Misir parlamentinin aşağı palatasına seçkilər keçiriləcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyirlir ki, bunu ölkə prezidenti Məhəmməd Mursinin müşavirlərindən biri söyləyib.
Misirdə parlament seçkiləri aprelin 27-də keçiriləcək

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Aprelin 27-də Misir parlamentinin aşağı palatasına seçkilər keçiriləcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyirlir ki, bunu ölkə prezidenti Məhəmməd Mursinin müşavirlərindən biri söyləyib.

"Yeni Nümayəndələr palatasına ümumi seçkilər aprelin 27-də keçiriləcək və 4 mərhələdə baş tutacaq" - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bir müddət öncə Misirin yuxarı palatası Ali Konstitusiya Məhkəməsinin tələb etdiyi yeni seçki haqqında qanuna edilmiş dəyişikliklər təsdiqlənib və prezidentin imzasına təqdim edilib.

Misirin yeni qəbul edilmiş Konstitusiyasına görə, parlamentin aşağı palatasına seçkilərin keçirilməsi 60 gün öncədən elan edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti