...

Milliyyətçi Hərəkat Partiyası "Türk Hava Yolları"nda erməni qəzetinin paylanmasına münasibət bildirib

Siyasət Materials 22 Fevral 2013 15:55 (UTC +04:00)
Türkiyənin Milliyyətçi Hərəkat Partiyası "Türk Hava Yolları"nda (THY) ermənilərin nəşrt etdirdiyi "Aqos" qəzetinin paylanmasına münasibət bildirərək, bu addımın həddən artıq üzücü olduğunu deyib.
Milliyyətçi Hərəkat Partiyası "Türk Hava Yolları"nda erməni qəzetinin paylanmasına münasibət bildirib

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir M.Əliyev/

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası "Türk Hava Yolları"nda (THY) ermənilərin nəşrt etdirdiyi "Aqos" qəzetinin paylanmasına münasibət bildirərək, bu addımın həddən artıq üzücü olduğunu deyib. Bu barədə Trend-ə partiyanın üzvü, partiya sədrliyinə namizəd, millət vəkili Koray Aydının mətbuat katibi Harun Arslan bildirib.

"Türk Hava Yolları"ndan ermənipərəst addımın atılması əsla qəbuledilməzdir", - Arslan bildirib.

Onun sözlərinə görə, təəssüf olsun ki, THY bu vaxta qədər milli mənafeyimizi və türkçülüyü əks etdirən qəzetlərin təyyarələrdə paylanmasına imkan verməyib.

Arslanın sözlərinə görə, THY atdığı bu addımla sadəcə Türkiyə-Azərbaycan qardaşlığına deyil, eyni zamanda, bütün türk dünyasına qarşı hörmətsizlik edib.

"Aqos" qəzeti öz yayımına davam edə bilər, lakin belə bir addımın atılması qəbuledilməzdir", - o bildirib.

Qeyd edək ki, bu il fevralın 21-dən etibarən "Türk Hava Yolları"nda "Aqos" qəzetinin paylanmasına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti