...

Mixeil Saakaşvili Naxçıvandadır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Fevral 2013 15:42 (UTC +04:00)
Azərbaycana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Saakaşvili fevralın 28-də Naxçıvan Muxtar Respublikasına yola düşüb.
Mixeil Saakaşvili Naxçıvandadır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Azərbaycana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Saakaşvili fevralın 28-də Naxçıvan Muxtar Respublikasına yola düşüb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Mixeil Saakaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

XXX

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili fevralın 28-də Naxçıvana gəlib.

Naxçıvan Beynəlxalq Hava Limanında Prezident Mixeil Saakaşvilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşıladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti