...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva Rusiyanın gənclər təşkilatlarının üzvləri ilə görüşüb

Siyasət Materials 1 Mart 2013 18:32 (UTC +04:00)
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) ofisində Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevanın Rusiya Gəncləri İctimai Palatasının, Rusiyanın Gənclər və Uşaq Birlikləri Milli Şurasının, Gənclərin İşləri üzrə Federal Agentliyin və “Sodrujestvo” Beynəlxalq Gənclər İctimai Təşkilatının üzvləri ilə görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva Rusiyanın gənclər təşkilatlarının üzvləri ilə görüşüb

Azərbaycan, Bakı, 1 mart /Trend/

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) ofisində Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevanın Rusiya Gəncləri İctimai Palatasının, Rusiyanın Gənclər və Uşaq Birlikləri Milli Şurasının, Gənclərin İşləri üzrə Federal Agentliyin və "Sodrujestvo" Beynəlxalq Gənclər İctimai Təşkilatının üzvləri ilə görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

RAGB-ın İdarə heyətinin üzvü Emin Hacıyev bildirmişdir ki, görüşdə gənclərlə iş sahəsində bir sıra birgə təşəbbüslər, cari və perspektiv layihələr müzakirə edilmişdir.

Leyla Əliyeva görüş iştirakçılarını və onların təmsil etdikləri təşkilatları Azərbaycan Gənclər və İdman Nazirliyinin xətti ilə keçirilən beynəlxalq layihələrə fəal qoşulmağa dəvət etmişdir. Görüşdə bu da vurğulanmışdır ki, Azərbaycan Prezidenti yanında yaradılmış Gənclər Fondu həm hüquqi, həm də fiziki şəxslərə qrantlar ayırır. Leyla Əliyeva qeyd etmişdir ki, əcnəbilər üçün ayrıca kateqoriyalı qrantlar nəzərdə tutulmuşdur. Azərbaycanla bağlı layihələrin maliyyə dəstəyi almağa daha çox şansı vardır.

Rusiyanın Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədri Qriqori Petuşkov RAGB-la əməkdaşlığın davam etdirilməsinə və qarşılıqlı fəaliyyətin genişləndirilməsinə böyük maraq göstərildiyini təsdiq etmişdir. O, III Rusiya-Azərbaycan Gənclər Forumunun 2013-cü ildə Rusiyada keçirilməsinə, RAGB-ın Milli Şuranın digər üzv təşkilatları ilə əməkdaşlığının inkişafına, iki ölkənin mədəniyyət, idman və təhsil layihələrində gənclərin geniş iştirakına hər iki tərəfin maraq göstərdiyini vurğulamışdır.

Görüşdə Rusiya Gəncləri İctimai Palatasının üzvü Aleksey Karpenko ilə Rusiyanın tanınmış yazıçı və şairlərinin kitablarının Azərbaycan məktəblərində, Azərbaycanın tanınmış yazıçı və şairlərinin kitablarının Rusiya məktəblərində yayılması üzrə layihənin bərpa edilməsi barədə razılaşma əldə olunmuşdur. A.Karpenko Leyla Əliyevanı bu ilin avqustunda Avstriyanın Alpbax şəhərində keçiriləcək Avropa Forumuna dəvət etmişdir.

Leyla Əliyeva kitab mübadiləsi ideyasını dəstəkləyərək əlavə etmişdir ki, belə layihələr daim həyata keçirilməlidir. Uşaq yazıçılarının həvəsləndirilməsinin, kitabların müxtəlif dillərə tərcümə olunmasının və iki ölkənin yazıçılarının görüşlərinin təşkil edilməsinin əhəmiyyətli olduğunu vurğulayan Leyla Əliyeva demişdir: "Azərbaycan tərəfi Rusiyanın məktəb və universitetlərinə ədəbiyyat, o cümlədən Nizami, Füzuli, Səməd Vurğun və başqa Azərbaycan yazıçı və şairlərinin əsərlərindən ibarət məcmuələri təqdim etməyə hazırdır".

Gənclərin İşləri üzrə Federal Agentliyin (GİFA) rəhbəri Sergey Belokonev gənclərlə iş sahəsində birgə layihələrin həyata keçirilməsinə maraq göstərmişdir. Belə layihələrdən biri Azərbaycan ərazisindən də keçəcək avtoyürüşün ən qısa vaxtda təşkil edilməsi və keçirilməsi olacaqdır. Bundan əlavə, GİFA-nın təşkil etdiyi beynəlxalq layihələrdə Azərbaycan gənclərinin iştirak etməsi barədə ilkin razılaşma əldə olunmuşdur. Görüşün sonunda S.Belokonev iki ölkənin ərazisində həyata keçirilməsi nəzərdə tutulan birgə tədbirlər planının işləyib hazırlanmasını və təsdiq olunmasını təklif etmişdir.

"Sodrujestvo" Beynəlxalq Gənclər İctimai Təşkilatının (BGİT) icraçı direktoru Maqomed Əliyev RAGB, Azərbaycanın Gənclər və İdman Nazirliyi və ictimai qurumları ilə əməkdaşlığa yekun vuraraq bildirmişdir ki, Azərbaycan gəncləri "Sodrujestvo"nun bütün tədbirlərində bilavasitə və çox fəal iştirak edir, bu və ya digər istiqamətdə işin yekunlarına dair əla nəticələr nümayiş etdirirlər. O, artıq həyata keçirilmiş layihə və proqramlar arasında MDB ölkələrinin gənc deputatları və liderləri üçün AŞPA sessiyaları çərçivəsində silsilə seminarları, MDB Parlamentlərarası Assambleyasının sessiyası çərçivəsində seminarı, "Tələbə baharı" Beynəlxalq Festivalını (onun keçirilməsi ənənəsini Azərbaycan bərpa etmişdir) "Birlik gəncləri günləri" Beynəlxalq Forumunu, "Gənc nəsil - sərhədsiz həyat" Humanitar Forumunu, "Seliger" Forumu çərçivəsində "Biz MDB-nin gələcəyiyik!" Gənclər növbəsini, Birliyin gənclər sessiyalarını və s. qeyd etmişdir.

M.Əliyev bu il "Sodrujestvo"nun və onun Azərbaycandakı milli bölməsinin dövlət hakimiyyəti orqanlarının dəstəyi ilə, RAGB və digər ictimai təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirəcəyi layihələrdən danışmışdır. Onların arasında təhsil sahəsində "Blits Sodrujestvo" silsilə seminarları, Birlik ölkələrinin ictimai diplomatik korpusu, "Sodrujestvo" Beynəlxalq Xristian və Müsəlman Gənclər Forumu, "Sodrujestvo"nun gənc bloqqerlərinin dağ məktəbi, "Birlik gəncləri günləri" Beynəlxalq Forumu, "Sodrujestvo qəhrəmanları" forumu kimi layihələr vardır. Bundan əlavə, KİV-lər sahəsində əməkdaşlıq təklif edilmişdir. Birliyin regional informasiya tərəfdaşı olan "Region onlayn" birgə fəaliyyətin informasiya dəstəyi sahəsində birgə ideyaların həyata keçirilməsi üçün öz platformasını təqdim etməyə hazırdır.

M.Əliyev gənclərin təşəbbüslərini fəal surətdə dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirərək demişdir ki, martın 9-da ölkəmizə gələcəkdir. Həmin günlər Azərbaycanda "Sodrujestvo" BGİT və onun Azərbaycandakı milli bölməsi ilə "Blits Sodrujestvo. Bakı" mövzusunda təhsil seminarı keçiriləcəkdir.

Leyla Əliyeva görüşün sonunda bildirmişdir ki, mayın 13-də Bakıda "Yer kürəsi uşaqların gözü ilə" fotoşəkil festivalı keçiriləcəkdir. O, Rusiya gənclərini festivala dəvət etmişdir.
Leyla Əliyeva bildirmişdir ki, Azərbaycanda incəsənət sahəsində layihələrin həyata keçirilməsinə maraq göstərirlər. Bakıdakı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin, o cümlədən rəsm və foto sərgilərinin təşkil edilməsi üçün hər cür şərait yaradılmışdır. O, Moskvanın ən iri muzey-sərgi komplekslərindən biri olan "Multimedia Art Muzey"də təşkil edilən "Bakıya uçuş" sərgisindən söz açaraq demişdir ki, hər gün sərgiyə 2 minədək adam gəlir.

Leyla Əliyeva bütün görüş iştirakçılarını Bakıya dəvət etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti