Azərbaycan, Bakı, 1 mart /Trend/
Rusiyanın prezidenti Vladimir Putin və ABŞ-ın dövlət başçısı Barak Obama telefon danışığı zamanı İrlandiyada baş tutacaq G8 sammiti çərçivəsində ikitərəfli görüş keçirməklə bağlı qərar qəbul ediblər. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, bu haqda Kremlin mətbuat xidməti xəbər yayıb.
Qeyd edək ki, G8 sammiti 17-18 iyun tarixlərində İrlandiyada keçiriləcək.
Məlumatda həmçinin, bildirilir ki, Putin Obamanın Rusiyaya edəcəyi rəsmi səfərini də təsdiqləyib.
Xatırladaq ki, ABŞ prezidenti Rusiyaya rəsmi səfərə 2009-cu ilin yayında gəlib.