...

Rusiya və Gürcüstan nümayəndələrinin növbəti görüşü mayın sonunda baş tutucaq

Siyasət Materials 1 Mart 2013 23:28 (UTC +04:00)
Rusiya və Gürcüstan nümayəndələrinin növbəti görüşü mayın sonunda baş tutucaq.
Rusiya və Gürcüstan nümayəndələrinin növbəti görüşü mayın sonunda baş tutucaq

Azərbaycan, Bakı, 1 mart /Trend/

Rusiya və Gürcüstan nümayəndələrinin növbəti görüşü mayın sonunda baş tutucaq. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, Rusiyanın xarici işlər nazirinin müavini Qriqoriy Karasin Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlərə dair xüsusi nümayəndəsi Zurab Abaşidze ilə növbəti görüşün may ayında keçiriləcəyini deyib.

"Hər iki tərəf hesab edir ki, qeyri-rəsmi münasibətlərimizin gələcəyi var. Biz qərara gəldik ki, növbəti görüşü may ayının sonunda keçirək. Yer məsələsini sonra müzakirə edəcəyik. Bəlkə də, bu yer Praqa ola bilər" - deyə Karasin Çexiyanın paytaxtında keçirilmiş görüşün nəticələrinə əsasən deyib.

Qeyd edək ki, Rusiyanın və Gürcüstanın xüsusi nümayəndələrinin görüşü ötən ilin 14 dekabrında baş tutub. Tərəflər ayda 2 dəfə görüş keçirməyi qərara alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti