...

Prezident İlham Əliyev Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Monteneqroda inşa edilən uşaq bağçasının layihəsi ilə tanış olub

Siyasət Materials 13 Mart 2013 12:25 (UTC +04:00)
Martın 12-də sənədlərin imzalanması mərasimindən sonra Monteneqronun Bielo-Pole şəhərində Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə inşa etdirilən uşaq bağçasının layihəsi ilə tanışlıq olmuşdur.
Prezident İlham Əliyev Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Monteneqroda inşa edilən uşaq bağçasının layihəsi ilə tanış olub

Azərbaycan, Bakı 13 mart /Trend/

Martın 12-də sənədlərin imzalanması mərasimindən sonra Monteneqronun Bielo-Pole şəhərində Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə inşa etdirilən uşaq bağçasının layihəsi ilə tanışlıq olmuşdur.

Prezident İlham Əliyevə uşaq bağçasının inşası ilə bağlı görülən işlər barədə məlumat verildi və son nəticəni əks etdirən layihələr və şəkillər nümayiş etdirildi.

Azərbaycan dövlətinin başçısı yeni park layihəsinə də baxdı.

Daha sonra Bielo-Pole şəhərinin meri Aleksandr Juliç Prezident İlham Əliyevə üzərində şəhərin rəmzi əks olunan xatirə lövhəsi təqdim etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti