...

İlham Əliyev Küveyt hökuməti ilə mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin təsdiq edilməsi barədə fərman imzalayıb

Siyasət Materials 16 Mart 2013 15:50 (UTC +04:00)
Prezident İlham Əliyev 2013-cü il fevralın 14-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi barədə fərmanı imzalayıb.
İlham Əliyev Küveyt hökuməti ilə mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin təsdiq edilməsi barədə fərman imzalayıb

Azərbaycan, Bakı, 16 mart /Trend/

Prezident İlham Əliyev 2013-cü il fevralın 14-də Bakıda imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi barədə fərmanı imzalayıb.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etməsi tapşırılıb.

Dövlət başçısının fərmanına əsasən, Azərbaycanın Xarici İşlər Nazirliyinə həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Küveyt Dövləti Hökumətinin xəbərdar edilməsi həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti