...

Aİ-nin iqtisadi siyasətinə qarşı Madriddə aksiya olub

Siyasət Materials 17 Mart 2013 03:21 (UTC +04:00)
Avropa İttifaqının iqtisadi siyasətinə və sərt tədbirlərinə qarşı İspaniyanın paytaxtı Madriddə təxminən min nəfərə yaxın adam aksiya keçirib.
Aİ-nin iqtisadi siyasətinə qarşı Madriddə aksiya olub

Azərbaycan, Bakı, 17 mart /Trend/

Avropa İttifaqının iqtisadi siyasətinə və sərt tədbirlərinə qarşı İspaniyanın paytaxtı Madriddə təxminən min nəfərə yaxın adam aksiya keçirib.

Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, aksiyaya müxtəlif sahələrdə çalışan insanlar qatılıb.

Onların əsas tələbləri Avropanın iqtisadi elitanın deyil, insanların hüquqları və maraqları üzərində qurulması olub.

Aksiyanın təşkilatçıları bildiriblər ki, Avropanın birləşmiş xalqları siyasi, iqtisadi və maliyyə elitasına etiraz etməlidir.

Xəbər lenti

Xəbər lenti