...

Mayya Pancikidze: Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir (FOTO)

Siyasət Materials 19 Mart 2013 14:35 (UTC +04:00)
Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir.
Mayya Pancikidze: Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir (FOTO)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir S.Ağayeva/

Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze çərşənbə axşamı keçirilən brifinqdə deyib.

"Tbilisinin Bakı ilə yaxşı əlaqələri var və o, Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir, rəsmi Tbilisi də Bakıdan eyni dəstəyi alır",- Pancikidze Dağlıq Qarabağ münaqişəsi məsələni şərh edərkən bildirib.

Onun sözlərinə görə, Gürcüstanın, həmçinin Ermənistanla da normal münasibətləri var və Gürcüstan mehriban qonşuluq münasibətlərində maraqlıdır.

Pancikidze bildirib ki, Gürcüstan və Azərbaycan arasında olan münasibətlər həmişə yaxşı olub və bu ənənə gələcəkdə də davam etdiriləcək.

"Biz həm ikitərəfli, həm də beynəlxalq xarakterli bir sıra məsələləri müzakirə etdik. Azərbaycan və Gürcüstan bu regionda əhəmiyyətli geosiyasi rol oynayır və gələcəyə hesablanan əhəmiyyətli layihələrə malikdirlər",- Gürcüstan XİN-nin rəhbəri bildirib.

Onun sözlərinə görə, görüş zamanı bir sıra beynəlxalq məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti