Fuad Ələsgərov: Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır (MÜSAHİBƏ)

Fuad Ələsgərov: Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Trend Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun müsahibəsini təqdim edir

- Cənab Prezidentin dünən imzaladığı fərmanı ilə "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərin sayı artırılmışdır. Ümumiyyətlə, fəaliyyət göstərdiyi 2 ay ərzində mərkəzin fəaliyyətini necə qiymətləndirirsiniz ?

- İlk növbədə xatırlatmaq istərdim ki, Cənab İlham Əliyevin andiçmə mərasimində "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" dedikdə "dövlət xalq üçün çalışmalıdır" prinsipini rəhbər tutaraq xalqın hər bir nümayəndəsinin qayğısına qalacağını bəyan etmişdir. Son on il ərzində cənab Prezidentin gördüyü işlərin hər birində xalqımız bunun şahidi olmuşdur.

"Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır. Siyasət Azərbaycan vətəndaşının sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət etməlidir. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz" deyən cənab Prezident dövlət tərəfindən vətəndaşlara göstərilən xidmətin etik davranış qaydalarına ciddi əməl edilməklə, süründürməçiliyə, bürokratik əngəllərə yol verilmədən həyata keçirilməsini hər bir dövlət qulluqçusunun qarşısında başlıca vəzifə olaraq qoymuşdur.

Məhz cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan "ASAN xidmət" konsepsiyasının əsas məqsədi də dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasından ibarətdir.

Yanvarın 15-də Bakı şəhərində 1 saylı "ASAN xidmət" mərkəzi pilot layihə qismində artıq fəaliyyətə başladı və hazırda 3 rayonu -Nəsimi, Nərimanov, Binəqədi rayonlarını əhatə edir.

Bu günədək mərkəzə 35 minədək insan müraciət etmiş və yüksək standartlara cavab verən müxtəlif xidmətlərdən yararlanmışdır. "ASAN xidmət" konsepsiyası çox qısa müddət ərzində özünü doğrultmuşdur. Bunu həmin mərkəzin xidmətlərindən istifadə edən Bakı sakinlərinin rəyləri də göstərir.

Fevral ayının 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışı zamanı "ASAN xidmət" konsepsiyasının gözəl nəticə verdiyini vurğulamış, ilin sonunadək Bakı, Sumqayıt və Gəncə şəhərlərinin tam əhatə edilməsi barədə göstəriş vermişdir.

Cənab Prezidentin tapşırığına əsasən may ayında Bakının Xətai rayonunda 2 saylı "ASAN xidmət" mərkəzi və Sumqayıt şəhərində "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaqdır. Bu mərkəzlər Bakı şəhərinin bir neçə rayonuna, Sumqayıt şəhərinə və eləcə də Sumqayıta yaxın olan bir neçə ətraf rayona xidmət edəcəkdir.

İyulun əvvəlində Bakı şəhərinin Yasamal rayonunda 3 saylı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq. Bununla Bakı şəhərinin bütün rayonlarının sakinləri həmin mərkəzlərin xidmətlərindən tam yararlana biləcəkdir.

Avqust ayının sonunadək Gəncə şəhərində daha bir "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur ki, bu mərkəz də öz növbəsində Gəncə şəhəri və Gəncəətafı rayonların əhalisinə xidmət göstərəcəkdir.

- Son Fərmanla "ASAN xidmət" mərkəzlərinə konkret olaraq hansı xidmətlər əlavə edilmişdir?

- Azərbaycan Respublikasının Prezidenti yalnız "ASAN xidmət" mərkəzlərinin coğrafiyasının deyil, həm də mərkəzlərdə göstərilən xidmət növlərinin sayının artırılması, daha geniş sahələr üzrə vətəndaşlara keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi barədə ciddi tapşırıqlar vermişdir.

Bu günə qədər "ASAN xidmət" mərkəzində 23 hüquqi xidmət həyata keçirilirdi.

18 mart tarixli Fərmanla əcnəbi və vətəndaşlığı olmayan şəxslərə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi, daşınmaz əmlakla bağlı dövlət reyestrindən arayışların verilməsi xidmətləri əlavə edilmişdir. Bununla da dövlət orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin sayı 25-ə çatmışdır.

Bundan əlavə, mərkəzlərdə vətəndaşlar üçün 22 növ funksional yardımçı xidmətlər həyata keçiriləcəkdir.

Həmin xidmətlər daha aydın olsun deyə onları sadalamaq istərdim: bank hesablarının açılması, valyuta mübadiləsi, dövlət rüsumlarının və xidmət haqlarının, cərimələrin ödənilməsi ilə əlaqədar bank xidmətləri, avtomobillər və daşınmaz əmlak üçün könüllü və icbari sığorta xidmətləri.

Hüquqi yardım xidmətləri- hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsi; məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməsi; ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi; vətəndaşların müraciəti əsasında digər növ hüquqi yardım göstərilməsini əhatə edəcəkdir.

Tərcümə xidmətləri, yəni bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər. Tibb xidmətləri-bura aiddir tibbi arayışların verilməsi və ilkin tibbi yardım göstərilməsi. Burda tibbi arayışların verilməsi, ilkin tibbi yardım və tərcumə xidmətləri nəzərdə tutulacaq.

Bəzi elektron xidmətlər ASAN.gov.az saytı vasitəsi ilə həyata keçiriləcək. Məsələn, real vaxt rejimində növbənin tutulması; vətəndaş müraciətlərinin qəbulu və cavablandırılması; "Asan xidmət" mərkəzlərində göstərilən bütün xidmətlər üzrə vətəndaşların məlumatlandırılması; "Asan xidmət" mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət orqanlarına müraciətlərin qəbulu və həmin müraciətlərin cavablandırılmasının elektron formada təşkilini göstərmək olar.

Mərkəzlərdə yerləşdirilən xüsusi terminallar vasitəsi ilə mobil rabitə və internet, işiq, su, qaz və digər kommunal xidmətlərin ödənişi, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaq.

- Yardımçı xidmətlərin "ASAN xidmət" mərkəzlərinə verilməsinin məqsədi nədir?

-Yardımçı xidmətlərin əlavə edilməsində iki əsas məqsəd vardır. Birincisi vətəndaşlar hər hansı bir sənəd əldə etməsi üçün mərkəzdə gözlədiyi vaxtda onlara lazım olan, lakin vaxt qıtlığı və ya hər hansı bir səbəbdən müraciət edə bilmədikləri xidmətlərdən yararlanması imkanı əldə edəcəklər. Bu da öz növbəsində bir neçə problemin eyni vaxtda, eyni məkanda həll edilməsini təmin edəcək.

İkinci bir məqam diqqət etdinizsə, yardımçı xidmətlər dövlət orqanları tərəfindən deyil, əsasən özəl müəssisə və ya təşklatlar tərəfindən göstərilən xidmətlərdir. "ASAN xidmət" mərkəzləri dövlət orqanı olaraq öz potensialından özəl sektorun- hüquqi şəxslərin, bank, sığorta təşkilatlarının da faydalanmasına şərait yaradır.

Gün ərzində mərkəzlərə minlərlə vətəndaşın müraciət etdiyini nəzərə alsaq, dolayısı ilə bu mərkəzlərin timsalında dövlət özəl xidmət sektoruna böyük imkanlar açır.

Eyni anda həm sadə vətəndaşlarımız, həm də iş adamlarımız "ASAN xidmət" mərkəzlərindən öz məqsədlərinə uyğun faydalana biləcəkdir. Bir məsələni də qeyd etmək istərdim. "ASAN xidmət" mərkəzlərinin bütün ölkəni əhatə etməsi bir neçə ilə mümkün olacaqdır. Lakin bu o demək deyil ki, ölkənin digər regionları ASAN xidmətdən faydalana bilməyəcəkdir.

Bununla əlaqədar, cənab Prezidentin tapşırığı əsasında xidmətlərin göstərilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar iyun ayından etibarən ölkənin şəhər və rayonlarında səyyar formada əhaliyə xidmətlər göstərəcək.

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Loading Bars
Xəbər lenti
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Türkiyədə son sutkada koronavirusdan 56 510 nəfər sağalıb
Rusiya bir sıra ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir - Arzu Nağıyev (VİDEO)
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
BMT TŞ Liviyada monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib (FOTO)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb
Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını bu qurum hazırlayacaq - QƏRAR
Azərbaycan təkcə işğalçı orduya deyil, ermənilərin dünyadakı havadarlarına da qalib gəlib - Əli Hüseynli (Videolayihə)
Aİ-nin Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı, etiraz bildirildi
10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir - Matviyenko
Bütün xəbərlər