Azərbaycan, Bakı, 20 mart /Trend/
Rusiya Prezidenti Vladimir Putin və Kiprin dövlət başçısı Nikos Anastasiadis arasında aparılmış telefon danışığında ikitərəfli münasibətlər, Kiprin iqtisadi vəziyyəti və Avropa qrupunun təklifi müzakirə edilib. Trend-in RİA Novosti-yə istinadən yaydığı məlumata görə, bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, danışığın əsas təşəbbüskarı Kipr tərəfi olub.
"Bununla yanaşı, dövlət başçıları Avropa qrupunun təklifi əsasında Kiprdəki iqtisadi vəziyyəti təhlil ediblər", - Peskov əlavə edib.