...

İlham Əliyev Pakistan Prezidentini təbrik edib

Siyasət Materials 22 Mart 2013 16:13 (UTC +04:00)
Prezident İlham Əliyev Pakistanın dövlət başçısı Asif Əli Zərdariyə ölkəsinin milli bayramı – Pakistan günü münasibətilə təbrik məktubu göndərib.
İlham Əliyev Pakistan Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 22 mart /Trend/

Prezident İlham Əliyev Pakistanın dövlət başçısı Asif Əli Zərdariyə ölkəsinin milli bayramı - Pakistan günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm".

Məktubda deyildiyi kimi, Azərbaycan ilə Pakistan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri mövcuddur. "Əminəm ki, əlaqələrimizin hazırkı yüksək səviyyəsini qoruyub saxlamaq və daha da inkişaf etdirmək məqsədilə bundan sonra da birgə səylərimizi davam etdirəcəyik".

İlham Əliyev sonda pakistanlı həmkarına bu əlamətdar gündə möhkəm cansağlığı, işlərində uğurlar, dost Pakistan xalqına daim sülh və firavanlıq arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti