...

Elmar Məmmədyarov Rusiyaya səfər edəcək

Siyasət Materials 4 Aprel 2013 16:33 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov may ayının 20-21-də Rusiyaya səfər edəcək və RF XİN rəhbəri Sergey Lavrorvla görüşəcək.
Elmar Məmmədyarov Rusiyaya səfər edəcək

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov may ayının 20-21-də Rusiyaya səfər edəcək və RF XİN rəhbəri Sergey Lavrorvla görüşəcək. Trend "Rossiya 24" telekanalına istinadən məlumat verir ki, bu barədə cümə axşamı Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç jurnalistlərə bildirib.

"Tərəflər aktual ikitərəfli məsələləri, həmçinin beynəlxalq və regional problemləri müzakirə edəcəklər", - o qeyd edib.

Luşkeviç deyib ki, bundan əvvəl Moskvaya Ermənistan XİN rəhbəri Eduard Nalbandyan səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti