...

Azərbaycanın müxalif partiyasının sədr müavini istefa verdi

Siyasət Materials 22 Aprel 2013 15:17 (UTC +04:00)
Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin müavini Seymur Həsənli tutduğu vəzifədən istefa verib. Bu barədə partiya sədri Fərəc Quliyev Trend-ə bildirib.
Azərbaycanın müxalif partiyasının sədr müavini istefa verdi

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/

Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin müavini Seymur Həsənli tutduğu vəzifədən istefa verib. Bu barədə partiya sədri Fərəc Quliyev Trend-ə bildirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl baş tutan istefa Seymur Həsənlinin şəxsi işləri ilə əlaqədardır.

"İstefa Seymur Həsənlinin şəxsi işləri ilə bağlıdır. O, partiya işini digər işləri ilə bərabər çatdıra bilmədiyi üçün partiyadan uzaqlaşıb", - Quliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti