...

Aİ Şurası İrana qarşı yeni sanksiyalar haqqında müzakirələr keçirməyib

Siyasət Materials 23 Aprel 2013 02:27 (UTC +04:00)
Avropa İttifaqının 27 ölkəsinin Luksemburqda keçirdiyi görüşdə İrana qarşı yeni sanksiyalar haqqında müzakirələr olmayıb. Trend-in RİA Novostiyə istinadən verdiyi xəbərdə deyilir ki, bunu Aİ diplomatiyasının rəhbəri Ketrin Eşton deyib.
Aİ Şurası İrana qarşı yeni sanksiyalar haqqında müzakirələr keçirməyib

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Avropa İttifaqının 27 ölkəsinin Luksemburqda keçirdiyi görüşdə İrana qarşı yeni sanksiyalar haqqında müzakirələr olmayıb. Trend-in RİA Novostiyə istinadən verdiyi xəbərdə deyilir ki, bunu Aİ diplomatiyasının rəhbəri Ketrin Eşton deyib.

"Biz hər hansı yeni sanksiyanın qəbul edilməsi imkanlarını müzakirə etməmişik" - Eşton bildirib.

Məlumatda deyilir ki, Böyük Britaniyanın XİN rəhbəri Vilyam Heyq deyib ki, Avropa İttifaqı İrana qarşı qəbul edilmiş sanksiyaların reallaşdırılmasına başlanılmalıdır.

"Əlavə hansısa sanksiyalara ehtiyac yoxdur" - deyə Heyq əlavə edib.

Eşton öz növbəsində vurğulayıb ki, o, yaxın vaxtlarda İranın Ali Təhlükəsizlik Şurasının sədri Səid Cəlili ilə bundan sonrakı addımların atılması üçün əlaqə saxlayacaq.

Xəbər lenti

Xəbər lenti